Cəlilabad. 18 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, qəza zamanı Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakinləri - 1974-cü il təvəllüdlü Şahin Ağabala oğlu Nuriyev və onun qızı, 2009-cu il təvəllüdlü Zəhra Şahin qızı Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.