Cəlilabadda yol qəzası baş verib, 2 nəfər yaralanıb

Cəlilabad. 4 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobillə UAZ markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27