Cəlilabadda təkəri partlayan avtomobil aşıb, xəsarət alan var

Cəlilabad. 9 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin təkəri partlayıb və avtomobil aşıb. Qəza nəticəsində avtomobilin sərnişini - Masallı rayon sakini 1970-ci il təvəllüdlü Rufullayev Qürbət Əlixan oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47