Cəlilabadda "Mercedes" "KamAZ"a çırpılıb, xəsarət alan var - FOTO

Cəlilabad. 20 noyabr. REPORT.AZ/ Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Hazırda hadisənin baş vermə səbəbləri və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37