Cəlilabadda iki toy mərasimində kütləvi dava baş verib

Cəlilabad. 19 avqust. REPORT.AZ/ Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, ilk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.

Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.

Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.

Daha bir kütləvi dava rayonun Göytəpə şəhərində olub. 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.

Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36