Cəlilabadda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Cəlilabad rayonunda iki avtomobil toqquşub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonuna daxil olan hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün idarə etdiyi "Honda" markalı minik avtomobili ilə "Shevrolet" markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər - 1971-ci il təvəllüdlü Nəzakət Gəncəliyeva, 1961-ci il təvəllüdlü Fərman Cəfərov və 1980-ci il təvəllüdlü Seyfəddin Nəbiyev xəsarət alıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02