Cəlilabadda döyülmə hadisəsi baş verib

Cəlilabad. 28 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, kənd sakini 1984-cü il Əliyev Zaur Məhəbbət oğlu kütləvi dava zamanı döyülüb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Z.Əliyevin sözlərinə görə, o, tanıdığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37