Cəlilabadda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB 

Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə bu gün gecə saatlarında rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O koma vəziyyətində xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulmuşdu.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:01

Cəlilabad rayonunda avtomobilin vurduğu piyada komaya düşüb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub.

O, ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb.

Xəstə hazırda koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05