Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb. Onlar Astara rayon sakinləri Ramin İmanverdiyev, Abbas Qədirov və Cəlilabad rayon sakini Aydın Paşayevdir.
Faktla bağlı araşdırma aparılır.