Cəlilabadda 65 yaşlı kişi qardaşı tərəfindən döyülüb

Cəlilabad. 11 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda qardaşlar arasında dava düşüb.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhər sakini, 1953-cü il təvəllüdlü Kazım Xankişi oğlu Fətullayev qardaşı tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qardaşlar arasında düşən mübahisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47