Cəlilabadda 61 yaşlı qadın döyülüb

Cəlilabad. 4 iyul. REPORT.AZ/ Cəlilabadda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, rayon sakini 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızı döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qadını həyat yoldaşı və gəlini döyüb. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05