Cəlilabadda 55 yaşlı qadın döyülüb

Cəlilabad. 21 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda 55 yaşlı qadın döyülüb.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Ağdaş kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədova Pərvanə Vəli qızı döyülüb. Nəticədə o, kəllə-beyin travması alıb. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib.

P.Məmmədova deyib ki, onu əri döyüb.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27