Cəlilabadda 21 yaşlı gənci avtomobil vurub

Cəlilabad rayonunda 21 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Abbasov Həsənqulu İntiqam oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50