Cəlilabad sakinini ot bağlaması yükləyən zaman ilan sancıb

Cəlilabad rayon sakinini ilan sancıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 30 yaşlı Vasif Yəhyayev əkin sahəsində maşına ot bağlaması yükləyən zaman otun içində olan ilan onu qolundan sancıb.

Rayon xəstəxanasına çatdırılan V. Yəhyayevin səhhətinin orta-ağır olduğu bildirilir.

Digər xəbərlər

Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31