Cəlilabad sakini oğlunu və arvadını bıçaqlayıb

Cəlilabad. 9 may. REPORT.AZ/ Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Privolniye kəndində qeydə alınıb. 

Belə ki, Məmmədov Qurban Şirvan oğlu mübahisə zəminində arvadı Elmira Məmmədovanı və oğlu Elsevər Məmmədovu bıçaqlayıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29