Cəlilabad sakini balıqdan zəhərlənərək ölüb, satıcı qaçıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunun Alar kəndində balıqdan zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, kənd sakini Mirzəyev Mirzəbala hadisə nəticəsində dünyasını dəyişib. Ölən şəxs orta yaşlıdır.

Balığın alındığı dükanın bağlı olduğu və sahibinin gizləndiyi bildirilir.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26