Cəbhə bölgəsində silah-sursat tapılıb - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Qaradağlı kəndi ərazisindəki boş sahədən 1 ədəd təklüləli ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş “Makarov” tapançası, 52 ədəd pulemyot patronları, 3 ədəd boş giliz və 1 ədəd kiçik fişəngatan aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50