Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvanski küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1986-cil il təvəllüdlü Paşayeva Ülviyyə Tahir qızını maşın vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona hər iki baldır sümüklərinin sınığı diaqnozu qoyulub.