Buzovnada iki avtomobilin toqquşması xəsarətlə nəticələnib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunun Buzovna qəzəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1982-ci il təvəllüdlü İsmayılova Radmila xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47