Bu ilin altı ayında korrupsiya ilə bağlı 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin altı ayı ərzində 150 şəxs barəsində 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

"Report" xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, bu çərçivədə 122 şəxs barəsində 93 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib:

“Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır”.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54