Bakı. 3 iyul. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) təkrar elektirik kəsintisi ilə əlaqədar sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.
Bu barədə "Reporta" BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür: "İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib. Yollarda hərəkətin təhlükəsizliyi üçün bütün sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birilərinə qarşı anlayışlı olmaları tövsiyə edilir".