Binədə qəza tıxaca səbəb olub

Bakıda minik və yük avtomobilləri toqquşub.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, “Şaqman” markalı yük avtomobili “Mercedes” markalı avtomobilə arxadan çırpılıb.

Qəzada xəsarət alan olmasa da “Mercedes” markalı avtomobilə ziyan dəyib.

Yolda tıxac yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. 

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49