Binədə ağır yol qəzasında iki nəfər yaralanıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Hüseynov Hüseyn Ələddin oğlu və 1979-cu il təvəllüdlü Musayev Rövşən Hüseyn oğlu xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51