Binədə 50 yaşlı kişi özünə dörd bıçaq zərbəsi vurdu

Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Xanəliyev Əfqan Xanoğlan oğlu özünə bıçaqla xəsarətlər yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı onun bədənində 4 ədəd kəsilmiş bıçaq yaraları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ceyranbatanda 10 şagird zəhərlənib 29 oktyabr, 2026 / 16:50