Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45