Biləsuvarda velosiped avtomobilə çırpılıb, yaralananlar var

Biləsuvar. 16 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, velosipedin "Mercedes" markalı minik avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. 

Biləsuvar sakini, 25 yaşlı velosipedçi Ruslan adlı şəxsin vəziyyəti ağırdır. O, ağır kəllə-beyin xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Digər iki nəfər isə ciddi xəsarət almayıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37