Biləsuvarda qəza olub, iki nəfər xəsarət alıb

Biləsuvar. 17 iyul. REPORT.AZ/ Biləsuvarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindəki döngədə qeydə alınıb. 

Nəticədə iki VAZ-2107 markalı avtomobil qəza törədib. Qəza zamanı bir nəfər ağır, bir nəfər isə yüngül xəsarət alıb.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45