Biləsuvarda qadını elektrik cərəyanı vuraraq öldürüb

Bakı. 4 avqust. REPORT.AZ/ Biləsuvarda qadını elektrik cərəyanı vurub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Biləsuvar rayonunun 6 saylı qəsəbə sakini Aynişan Vəliyeva yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17