Biləsuvarda ot presi yığarkən traktorun qoşqusundan yıxılaraq xəsarət alan şəxs ölüb

Biləsuvarda ot presi yığarkən traktorun qoşqusundan yıxılaraq xəsarət Nahid Abdullayev ölüb.

"Report" xəbər verir ki, Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü Abdullayev Nahid Qurban oğlu 15.06.2024-cü il tarixdə ot presi yığarkən traktorun qoşqusundan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, almış olduğu xəsarətlərdən 19.07.2024-cü il tarixdə saat 08 radələrində müalicə olunduğu Bakı şəhərində yerləşən Neyrocərrahiyə xəstəxanasında ölüb. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56