Biləsuvarda məktəb ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Biləsuvar. 13 iyun. REPORT.AZ/ Biləsuvar rayonunda məktəb ərazisində baş verən yanğın söndürülüb.

"Report"un Aran bürosunun məlumatına görə, nəticədə Ağalıkənd kənd məktəbinə məxsus 0.5 hektarda quru otlar yanıb.

Faktla bağlı araşdırma aparılır. 


*** 11:24

Biləsuvar rayonunda məktəb ərazisində yanğın başlayıb.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Ağalıkənd kənd məktəbinin yaxınlığında olan şor kollektorundakı quru otlar yanıb.

Daha sonra isə yanğın məktəbin ərazisindəki quru otlara keçib.

Hazırda hadisə yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvələri cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. 

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48