Biləsuvarda iki minik avtomobili toqquşub - FOTO

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, ZAZ və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05