Biləsuvarda duman avtomobillərin hərəkətində problemlər yaradıb - FOTO

Biləsuvar. 13 noyabr. REPORT.AZ/ Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.

Nəticədə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb. 

Eyni zamanda dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.

Digər xəbərlər