Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Vətən müharibəsi şəhidi Elvin Məmmədovun xatirə kompleksində tikilən və yol qəzası səbəbindən dağılan bulaq bərpa olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, araşdırma zamanı bulağın yol qəzası zamanı dağıldığı məlum olub. Belə ki, Xırmandalı kəndinin sakini E.Novruzov motosikletlə sözügedən ərazidən keçərkən döngədə idarəetməni itirib və nəqliyyat vasitəsi su qurğusunu aşırıb.
Hazırda məsələ araşdırılır.
Qeyd edək ki, bulaq artıq bərpa olunub və kənd sakinlərinin içməli su təminatı üçün istifadə olunur.