Biləsuvarda avtomobil 4 nəfəri vurub

Biləsuvar rayonunda 4 piyadanı avtomobil vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini Rəfail Qubadov idarə etdiyi "Nissan X Trail" markalı avtomobillə şəhər ərazisində Nemət Məmmədovu, Nurlan Abdullayevi, Səyyar Paşayevi və Zabil Mirzəyevi vuraraq xəsarət yetirib.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47