Biləsuvar. 9 fevral REPORT.AZ/ Biləsuvar rayonunda intihar edən məktəblinin adı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. Yaxınları onun meyitini səhər saat 6 radələrində aşkar ediblər.
İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış.
*** 14:13
Biləsuvar. 9 fevral REPORT.AZ/ Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, hələlik adı məlum olmayan orta məktəb şagirdi özünü asraq intihar edib.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib.