Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölüb

Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47