Biləsuvar. 2 avqust. REPORT.AZ/ Biləsuvar rayonunda 54 yaşlı kişi oraqla özünə xəsarət yetirib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1963-cü il təvəllüdlü Füzuli Fazil oğlu Nəcəfov həyətyanı sahəsin oraqla işləyərkən ehtiyatsızlıqdan əlinə və ayaqlarına xəsarət yetirib. Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.