Biləsuvar sakini dərmandan zəhərlənib

Biləsuvar. 6 avqust. REPORT.AZ/ Biləsuvar rayon sakini dərmandan zəhərlənib.

"Report" xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Cəfərova Rahilə Kamal qızı qəbul etdiyi dərmandan zəhərlənib. R.Cəfərova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08