Biləsuvar sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb

Biləsuvar sakini Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü Tunar Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, o, Biləsuvarın Ağalıkənd kəndindəndir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39