Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib

Bakı. 23 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Bakı Beynəlxalq Avtovağzalında naməlum şəxs Abşeron rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Əsədova bud nahiyəsindən iki bıçaq xəsarəti yetirib.

V.Əsədov Dəmiryol Xəstəxanasına yerləşdirilib.

V.Əsədovu vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45