Beynəlxalq Bankın bankomatından oğurluğa cəhd olub

Bakı. 6 fevral. REPORT.AZ/ Şəki şəhərində Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan oğurluğa cəhd olub.

“Report”un xəbərinə görə, Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47