Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Şantaj və hərbçilər arasında nizamnamə qaydalarının pozulmasında şübhəli bilinən Azərbaycan vətəndaşı Rusiyanın Rostov vilayətindən ekstradisiya olunub. 

Bu barədə "Report" Rostov vilayəti prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir. 

Cinayəti törətdikdən sonra o, təqibdən qorxaraq, respublikanı tərk edib. Azərbaycan polis orqanları onu beynəlxalq axtarışa verib, 2016-cı ilin fevral ayında isə cinayətkar Rostov vilayətinin ərazisində saxlanılıb. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39