Bakı. 13 oktyabr. REPORT.AZ/ Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazlılar kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1971-ci il təvəllüdlü Mirzəyev Mərdan Qardaşxan oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, M.Mirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*** 11:19
Beyləqan. 13 oktyabr. REPORT.AZ/ Beyləqan rayonunda yerli sakin su kanalına düşərək boğulub.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Qarabağ su kanalının rayonun Eyvazlılar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini Mərdan Mirzəyev bilinməyən səbəbdən su kanalına düşüb və boğularaq ölüb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitin axtarışlarını davam etdirir.
Faktla bağlı araşdırma aparılır.