Beyləqanda ev yanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Beyləqan rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, rayonun Allahyarlı kəndində ümumi sahəsi 228 kvadratmetr olan birmərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2 otağının, mətbəxinin tavanı 45 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37