Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. 25 iyun. REPORT.AZ/ Beyləqan rayonunda piyadanı avtomobil vurub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsində Füzuli rayon sakini Zaur Gülmalıyev “VAZ-21063” markalı avtomobillə yolu keçən Mil qəsəbə sakini Xanalı Xankişiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Beyləqan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27