DİN Beyləqanda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Bakı. 28 avqust. REPORT.AZ/ Beyləqandan iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 27-də saat 21 radələrində baş verib.

Belə ki, rayon sakini Elşad Talıbov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı elektrik dirəyinə çırpılaraq avtomobilini aşırıb. Nəticədə avtomobildə olan sərnişin Hikmət Mahmudov hadisə yerində ölüb. Sürücü E.Talıbov isə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər