Bərdə. 19 noyabr. REPORT.AZ/ Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "VAZ-2107" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində iki nəfər, Ağcabədi rayon sakinləri - 1968-cu il təvəllüdlü Böyükağa Ağakişiyev və 1989-cu il təvəllüdlü Sənan Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıbş