Bərdədə pendir sexində partlayış olub, ölən var

Bərdədə pendir sexində partlayış baş verib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə sexin qazanxanasında qeydə alınıb.

Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.

Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05