Bərdədə oğurluq etdikdən sonra evi yandıran dəstə üzvləri tutulub

Bərdə. 3 noyabr. REPORT.AZ/ Bərdə rayon sakininin evindən oğurluq edən şəxslər daha sonra oranı yandırıblar. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə noyabrın 1-də rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, daha sonra ev qəsdən yandırılıb. 

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47