Bakı. 16 May. REPORT.AZ/ Bərdədə intihara cəhdin qarşısı alınıb. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunun Həsənqaya kəndində bir nəfər intihar etmək istəyib.
Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 18:09-da başa çatıb.